main-post-cover

    Redmi Note 9 Pro və Redmi Note 9 Pro Max təqdim olundular - QİYMƏTİ

    Elm & Texnologiya
    12.03.2020
    Emil Nəcəfov
        Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra Redmi brendi Redmi Note 9 ProRedmi Note 9 Pro Max smartfonlarını təqdim etdi. Sözügedən smartfonlar öz aralarında yalnız RAM və kamera göstəricilərinə görə fərqlənirlər. Digər göstəricilər baxımından hər iki smartfon eynidir. Beləliklə hər iki smartfon 2400x1080 piksel keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın yuxarı hissəsinin mərkəzində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Ümumiyyətlə dizayn məsələsində də bu iki smartfon eynidir. Adi Redmi Note 9 Pro modeli Snapdragon 720G prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqmalı) + 8 MP (120 dərəcə bucaq təsvirli kamera) + 5 MP (makroobyektiv) + 2 MP (ToF) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Pro Max modelinə gəldikdə isə o, 6/8 GB RAM, 64 MP (f/1.89 diafraqmalı) + 8 MP (120 dərəcə bucaq təsvirli kamera) + 5 MP (makroobyektiv) 2 MP (ToF) dördlü arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası hər iki smartfonda gövdənin kənar hissəsində yerləşdirilib. Beləliklə adi Redmi Note 9 Pro modeli 17 mart tarixində, Note 9 Pro Max modeli isə 25 mart tarixində satışa çıacaq. Onların qiymətləri aşağıdakı kimidir:
    - 6 GB RAM və 64 GB daxili yaddaş həcmli Redmi Note 9 Pro - 175$
    - 6 GB RAM və 128 GB yaddaş həcmli Redmi Note 9 Pro - 215$
    - 6 GB RAM və 64 GB yaddaş həcmli Redmi Note 9 Pro Max - 200$
    - 6 GB RAM və 128 GB yaddaş həcmli Redmi Note 9 Pro Max - 228$
    - 8 GB RAM və 128 GB yaddaş həcmli Redmi Note 9 Pro Max - 255$.
    Linki kopyala