main-post-cover

    Redmi seriyası müstəqil brendə çevrilir: Yeni smartfonun təqdimatı yaxın günlərdə

    03.01.2019
    Emil Nəcəfov
        10 yanvar tarixində Xiaomi şirkəti xüsusi tədbir keçirdəcək və həmin tədbirdə öz fəaliyyətində olacaq böyük dəyişikliklərdən danışacaq. Beləliklə necəki Honor brendi Huawei şirkətinin müstəqil brendidirsə, Redmi də Xiaomi-nin müstəqil brendinə çevriləcək. Bu barədə Gizchina saytı xəbər verib. Xiaomi şirkətinin CEO-su Lei Jun-un sözlərinə əsasən bu üsulla şirkət Redmi ilə Mi məhsullarını ayırmaq istəyir. Belə ki, Mi seriyasına əsasən daha premium modellər, Redmi seriyasına isə daha büdcəli modellər daxildirlər.
        Bundan əlavə olaraq Redmi seriyasının smartfonları əsasən online mağazalar vasitəsilə satılırlar. Mi seriyasının smartfonları isə bir çox pərakəndə satış şəbəkələrində təqdim olunurlar. Qeyd etmək lazımdır ki, bu cür hadisə vaxtı ikən Honor brendi ilə də baş vemrişdi. Hal hazırda Honor ilə Huawei-nin eyni texnologiyalara sahib olmalarına baxmayaraq Honor brendi altında daha büdcəli modellər satışa çıxırlar.

        Bundan əlavə olaraq 10 yanvar tarixində Xiaomi şirkəti yeni Redmi smartfon modelini də təqdim edəcək. Çox güman ki, smartfon 48 MP-lik arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hələ keçən aydan bəri şirkətin 48 MP-lik arxa kameraya sahib smartfon üzərində çalışması barəsində bir sıra məlumat sızıntıları olmuşdu. Yeni smartfonun hansı modelə aid olacağı barəsində hələki məlumat yoxdur. Bu, Redmi Pro 7 də ola bilər, Redmi Pro 2 də ola bilər.
    Linki kopyala