Reklam
Reklam videosu Google Pixel 4 smartfonunun dizaynını ortaya çıxartdı

Reklam videosu Google Pixel 4 smartfonunun dizaynını ortaya çıxartdı

Texnologiya
10.09.2019 PAYLAŞIM

    Google şirkəti hələ təqdim olunmamış Pixel 4 smartfon seriyası barəsində olan məlumat sızıntılarını dayandıra bilmir. Son bir neçə gün ərzində internetdə bu smartfon seriyasının fotoları və videoları yayılıb. Hətta Pixel 4 modeli artıq Vyetnamda satışa da çıxarılıb. İndi isə internetdə Pixel 4-ün imkanlarını və dizaynını sərgiləyən reklam videosu ortaya çıxıb. Bu barədə 9to5google saytı xəbər verib.


    Videodan belə qənaətə gəlmək olar ki, Pixel 4 modeli həqiqətən də biraz qeyri adi dizayn əldə edəcək. Belə ki, onun ekranının yuxarı hissəsində qalın çərçivə arxa paneldə isə kvadrat sahənin daxilinə yerləşdirilmiş kamera modulları olacaq. Həmçinin smartfona toxunmadan onu jestlər vasitəsilə də idarə etmək mümkün olacaq. Buna misal olaraq musiqilərin jestlər vasitəsilə dəyişdirilməsini gətirmək olar.

    Pixel 3 modelindən fərqli olaraq Pixel 4-ün üçlü arxa kamera modulu gecə rejimində daha sürətlə çəkiliş aparacaq. Pixel 4 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir. Lakin bu qədər məlumat sızıntısından sonra Google şirkətinin istifadəçiləri nə ilə təəccübləndirəcəyi məlum deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının texniki özəllikləri barəsin..

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində məlumatlar mütəmadi olaraq çıxmağa davam..

×