
Rekord göstərici: Lenovo şirkəti 12 GB RAM'a sahib smartfonu təqdim edə bilər
Elm & Texnologiya
17.12.2018
Emil
Artıq sabah Çində Lenovo şirkəti Lenovo Z5s smartfon modelinin təqdimatını keçirdəcək. İndi isə internetdə məlumat ortaya çıxıb ki, şirkət həmçinin təqdimat zamanı smartfonun xüsusi versiyasını da təqdim edə bilər. Belə ki, @bang_gogo_ adlı indoneziyalı insayder yeni smartfon modelinin texniki göstəricilərinin əks olunduğu fotonu paylaşıb. Fotodakı məlumata əsasən şirkətin xüsusi smartfon versiyası Lenovo Z5s Ferrari SuperFast Edition adı lə satışa çıxacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, sözügedən smartfon Snapdragon 845 prosessoru və 12 GB RAM ilə təchiz olunacaq. Əgər bu məlumat düz olsa onda Lenovo Z5s Ferrari SuperFast Edition modeli dünyanın 12 GB RAM-a sahib ilk smartfonu olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
