Logo
    main-post-cover

    'Renault' gələcəyin nəqliyyat növü EZ-GO-nu təqdim etdi

    Elm & Texnologiya
    06.03.2018
    Emil
     “Renault” şirkəti Cenevrədə keçirilən avtomobil sərgisində EZ-GO adlı avtomatlaşdırılmış elektromobil modelinin prototipini təqdim etdi.
        Sözügedən elektromobil 4-cü səviyyə avtopilot sisteminə sahibdir. Elektromobil özü hərəkət edə bilir, lakin bəzi hallarda sürücünün müdaxiləsi lazım ola bilər. Qeyd etmək lazımdır ki, idarəetmə prosesi uzaqdan reallaşdırılır. Yəni avtomobilin daxilində heç bir idarəetmə paneli və ya sükan yoxdur.

        4-cü səviyyə avtopilot sistemi vasitəsilə ötürücülər maksimal sayda məlumatı emal edə və yolda qəliz vəziyyətlərə adaptasiya ola bilirlər. Elektromobilin maksimal sürəti saatda 50 km-dir. Sərnişinlərin rahatlığı üçün elektromobilin girişində xüsusi pandus işə düşür. Həmin pandus vasitəsilə elektromobilə həmçinin fiziki qüsurlu insanlar da daxil ola bilərlər.

        Ümumilikdə isə onun salonu 6 nəfə üçün nəzərdə tutulub və Wi-Fi şəbəkəsi ilə yük yerini özündə birləşdirir. Şirkətin planına əsasən EZ-GO elektromobili özəl və ya şəhər nəqliyyat infrastrukturunun bir hissəsi olacaq. Məsələn o, taksiləri, avtobusları və hətta metronu belə əvəz edə biləcək.

        Elektromobili xüsusi mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq. Bundan əlavə olaraq o, xüsusi dayanacaq stansiyalarına da yaxınlaşacaq. Elektromobilin uzunluğu 5.2 metr, eni isə 2.2 metrdir. EZ-GO elektromobilinin 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Həmin vaxta kimi isə şirkət avtopilot sistemini daha da təkmilləşdirəcək.

    Paylaş
    Bənzər xəbərlər