'Rəqəmsal erada gənclər üçün imkanlar' mövzusunda konfrans keçiriləcək

'Rəqəmsal erada gənclər üçün imkanlar' mövzusunda konfrans keçiriləcək

Texnologiya
04.09.2018 PAYLAŞIM

Londonda fəaliyyət göstərən BL Network şirkəti 21 sentyabr 2018-ci il tarixində Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans təşkil edəcəkdir. Tədbirin spikerləri rəqəmsal iqtisadiyyat sahəsində uğura imza atan həm xarici, həm də yerli qonaqlar olacaq. Konfransın əsas mövzularına blokçeyn - kriptovalyuta, elektron ticarət, özünü məşğulluq və kroudfanding-kroudinvesting daxildir.


Bənzər xəbər


Konfransın ikinci hissəsində çıxışlarla yanaşı, gənclərə rəqəmsal iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək, öz ideyalarını gerçəkləşdirməyin yolları, toxum və vençur fondlarından istifadə edərək, maliyyə cəlb etməyin yolları müzakirə ediləcək. İnteraktiv qaydada, keyslər və simulyasiyalar əsasında təşkil ediləcək təlimin işçi dili ingilis dilidir.

Bakı Ali Neft Məktəbinin binasında keçiriləcək konfransın yerli partnyoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Konfransda iştirak ödənişsiz olsa da, yerlər məhduddur. İştirak etmək üçün, https://conference2018.blnetworking.org/ saytına daxil olub qeydiyyatdan keçmək kifayətdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×