
Rəqs edən 1000 robot rekord qırdı (VİDEO)
Elm & Texnologiya
25.08.2017
Orxan
Guinness Rekordlar
Kitabı yenə maraqlı, lakin əyləncəli bir rekordu təsdiq etdi. WL Intelligent
Tech tərəfindən hazırlanmış Dobby humanoid robotlarının mükafat qazanan rəqs
performansı burada.
Sinxron olaraq rəqs edən min robot, ortaya qoyduqları
performansla Guinness Rekordlar kitabı səhifələrində yer almağı bacardı. Çin
dobbi robotlarının bu rəqs performansını sevəcəksiniz.

Guangzhou mərkəzli WL Intelligent Tech adlı şirkətin tam
olaraq 1069 ədəd DOBIE humanoid robotunun reallaşdırdığı rəqs performansı,
Guinness Dünya Rekordları arasındakı yerini almış vəziyyətdədir.. 45
santimetrlik robotların prosesi mükəmməl şəkildə başa vurduqlarını qeyd etmək
lazımdır.
Çin bazarı üçün təqdim edilmiş olan səslə idarə edilə bilən
DOBIE humanoid robotlar təxminən 250 dollarlıq qiymət etiketinə sahibdir. Bu
rekordun DOBIE satışları üçün də yaxşı bir reklam xarakteri daşıdığını söyləmədən
keçə bilməyəcəyik. Çox istiqamətli olduğu ifadə edilən robotların əhəmiyyətli
bir xüsusiyyəti isə üzüstə vəziyyətdən asanlıqla ayaqları üzərinə qalxmağıdır.
Məhsulun batareya müddəti 40 dəqiqə olaraq izah edilir. Bundan əlavə, kung fu hərəkətləri
və yoga rejimi kimi detallar da olduqca diqqət çəkir.

Daha əvvəl də ölkədə yenə rəqs edən robotlarla bir rekord
qırılmışdı. Bu rekord üçün Ever Win şirkəti tərəfindən cəmi 1007 robot istifadə
edilmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
