
Rəsmi: Redmi K30 Pro qlobal bazarda Poco F2 adı ilə satılmayacaq
Elm & Texnologiya
31.03.2020
Emil
Bir neçə gün bundan öncə XDA-Developers saytının baş redaktoru xəbər vermişdi ki, Redmi K30 Pro smartfon modeli qlobal bazarda Poco F2 adı ilə satışa çıxa bilər. Lakin Poco brendi bu məlumatı təkzib etdi. Bu barədə 91mobiles saytı xəbər verib. Belə ki, Poco brendinin menecerlərindən biri Zoom servisində canlı yayım zamanı qeyd edib ki, Pocophone F2 modeli tamamilə yeni bir model olacaq.
Təəssüflər olsun ki, menecer smartfonun özəllikləri barəsində məlumat verməsə də qeyd edib ki, onun satış qiymətində yüksəliş olacaq. Yəni smartfonun 300$-a (Pocophone F1-in start qyməti) satılacağına ümid etmək lazım deyil. Bundan əlavə olaraq menecer sonda qeyd edib ki, Poco brendi həmçinin tamamilə naqilsiz qulaqlıq modeli üzərində də çalışır. Lakin onun barəsində də heç bir məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
