main-post-cover

    Reuters: Apple şirkəti öz ilk elektromobilini 2024-cü ildə satışa çıxardacaq

    Elm & Texnologiya
    22.12.2020
    Farid Pardashunas
        Apple şirkəti öz ilk avtomobilinin irimiqyaslı istehsalına 2024-cü ildə start verməyi planlaşdırır. Şirkətin avtomobili elektrikli mühərrik vasitəsilə çalışacaq və avtopilot sistemi ilə yeni nəsil batareya texnologiyasını əldə edəcək. Bu barədə Reuters saytı xəbər verib. Reuters saytının verdiyi məlumata əsasən Apple şirkətinin Titan kod adına sahib bu layihəsi 2014-cü ildən ləngimişdi. Lakin nəticədə şirkət öz diqqətini proqram təminatından ayırdı və layihənin komandasını dəyişdi.
        Avtomobil layihəsinə rəhbər qismində şirkətin veteranı Doug Field təyin olundu. O isə öz növbəsində yeni vəzifəsinin ilk ilində komandadan 190 nəfəri qovdu. Bundan sonra şirkət sözügedən layihədə inkişafa nail oldu və indi öz avtomobilinin istehlakçı versiyasının hazırlanması mərhələsinə çatıb. Bazarın digər təmsilçilərindən fərqli olaraq Apple şirkəti yüksək səviyyəli avtopilot sisteminin dalınca qaçmır..

    Belə ki, şirkətin bu layihə üzrə strategiyası yeni batareya sistemi üzərində qurulub.

        Mühəndislərin planlarına əsasən yeni batareya sistemi şarj prosesinin qiymətini aşağı salacaq və avtomobilin daha çox yol qətt etməsinə imkan verəcək. Şirkət öz avtomobilində bir elementli batareya sistemindən istifadə etməyi planlaşdırır. Bu isə batareyanın ayrı-ayrı hissələrinin həcmini yüksəldəcək və əlavə elementlərdən azad olma sayəsində avtomobil konstruksiyasında əlavə yerin yaranmasına şərait yaradacaq. Avtomobilin avtopilot sistemi LiDAR skanerləri əsasında çalışacaq. Bu skanerlər avtomobil ətrafında olan mühitin həcmli xəritəsini yaratmağa imkan verəcəklər.
        Bu məsələdə Apple hazır texnologiyanın tapılması məqsədilə bir sıra şirkətlərə müraciət etsə də nəticədə məsələnin öhdəsindən fərdi şəkildə gəlməyi qərara alıb. Şirkətin öz ilk avtomobilini necə istehsal edəcəyi bilinmir. Çox güman ki, avtomobil üçün olacaq ayrı-ayrı detallar fərqli şirkətlər tərəfindən istehsal ediləcək. Bundan əlavə olaraq heç istisna deyil ki, şirkət sadəcə öz skanerləri ilə proqram təminatını məşhur avtomobil istehsalçısının hansısa avtomobil modelinə inteqrasiya etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər