Richard Branson 2019-cu ildə kosmosa uçmağı planlaşdırır (VİDEO)

Richard Branson 2019-cu ildə kosmosa uçmağı planlaşdırır (VİDEO)

Texnologiya
18.12.2018 PAYLAŞIM

    SpaceShipTwo kosmik aparatının uğurlu test uçuşundan sonra Virgin Galactic şirkətinin həmtəsisçisi Richard Branson nə zaman kosmik turist qismində kosmosa uçacağı barəsində məlumat verib. Britaniyalı milyarder Richard Branson uzun müddətdir ki, kosmosa uçmaq istədiyini bildirir. Bu ilin may ayında o bildirmişdi ki, bir neçə aydan sonra kosmosa uçacaq. İndi isə o, digər zaman intervalı barəsində məlumat verib. “Mən ümid edirəm ki, gələn ilin ortasında mən kosmosa uçacam. Bundan sonra isə digər turistlər də kosmosa uça biləcəklər” – deyə Richard Branson CNBC Power Lunch verlişinə müsahibəsində bildirib.

    Bununla belə milyarder qeyd edib ki, o, təqribi zamanın seçilməsində səhv də edə bilər. Yəni onun gələn ilin ortasında kosmosa uçub-uçmayacağı hələki dəqiq deyil. “Mən əksər hallarda zaman seçimini düzgün qiymətləndirmirəm. İndi bizim sahib olduğumuz şeylərin əldə olunması üçün 14 il vaxt lazım oldu. Mən düşünürdüm ki, bunun üçün 7 il bəs edəcək” – deyə Richard əlavə edib. Branson əmindir ki perspektivli olan kosmik turizm sahəsindəki bütün rəqiblər arasında məhz Virgin Galactic şirkəti ilk olaraq kommersiya məqsədli xidməti təqdim edəcək. İlk mərhələlərdə kosmosa olacaq bir biletin qiyməti 250.000$ təşkil edəcək.

Bənzər xəbər



    Branson-un fikrincə növbəti onilliklərdə biletlərin qiymətləri 40.000-50.000$-a düşməlidir. Bundan əlavə olaraq Virgin Galactic şirkətinin xidmətlərindən yararlanmaq istəyənlərin sayı isə artıq 600 nəfərdən çoxdur. Əgər Branson-un proqnozları düz çıxsa, onda hər bir kosmik səyahət zamanı kosmik aparatın daxilində 6 nəfər turist və nəfər şirkət əməkdaşı olmaqla ümumilikdə 8 nəfər atmosfer sərhədindən kənara çıxa biləcək. Bu səyahət 2.5 saat çəkəcək. Həmin vaxtın 6 dəqiqəsini turistlər çəkisizlik şəraitində keçirəcəklər. Daha sonra isə SpaceShipTwo kosmik gəmisi Yer kürəsinə geri qayıdacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×