'Roadster-i kosmosa göndərdiksə, Model 3-ün istehsal problemini də həll edəcəyik'

'Roadster-i kosmosa göndərdiksə, Model 3-ün istehsal problemini də həll edəcəyik'

Texnologiya
08.02.2018 PAYLAŞIM

Falcon Heavy ağır raketinin uğurlu uçuşu Musk-ın əlində investorlarla görüşdə vacib üstünlüyə çevrilib.

    Öz kosmik uğurları barəsində Musk “Tesla” şirkətinin 2017-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrinin elan edilməsindən sonra danışıb. Bu müddət ərzində “Tesla” şirkəti rekord gəlir əldə edib. Lakin bununla yanaşı həmçinin şirkət Tesla Model 3-ün istehsal planını yerinə yetirmədiyinə görə rekord dərəcədə vəsait də itirib. Şirkət öz əsas işi hesabına 3.3 milyard dollardan çox gəlir əldə edib. Bu vəsait elektromobillərin satışı və lizinqi, energetik məhsulların satışı və müxtəlif xidmətlərin göstərilməsi üzrə əldə olunub. Ümumilikdə isə şirkət keçən il ərzində 12 milyard dollar gəlir əldə edib.

    Bununla yanaşı şirkətin 2017-ci il üzrə vəsait itkisi 2 milyard dollar təşkil edib. Hələ keçən ilin təkcə 4-cü rübündə şirkət 675 milyon dollardan çox vəsait itirmişdi. Müqayisə üçün həmin rübün 2016-cı il üzrə göstəricisi 121 milyon dollar təşkil etmişdi. Lakin “Tesla” şirkətinin əsas problemi vəsait itkisi olmadı. Maliyyə problemlərinin əsas səbəbi Tesla Model 3-ün istehsalat çətinliyi oldu. Elon Musk-ın planına əsasən şirkət keçən ilin Dekabr ayına kimi hər ay 20.000 ədəd avtomobil istehsal etməli idi. Lakin keçən ilin sonuncu rübündə şirkət yalnız 2425 ədəd avtomobil istehsal edə bildi.


    İlk 4 ay ərzində şirkət 266 avtomobil sata bildi. Baxmayaraq ki, alıcıların sayı kifayət qədər idi. Müəyyən mərhələdə aşkar olundu ki, avtomobili almaq istəyənlərin sayı 500.000-ə çatıb. Lakin şirkət istehsalat prosesində çətinliklər ilə qarşılaşdı. Beləliklə keçən ilin 4-cü rüb nəticələrinin elanından sonra Musk etiraf etdi ki, əsas problem batareyaların istehsalındadır. “Məsələ burasındadır ki, hər şeydən əvvəl məhz batareyaların istehsalında biz yaxşı olmalıyıq. Lakin biz özümüzə çox güvəndik və əmin olduq ki, batareya istehsalının öhdəsindən gələ biləcəyik” – deyə Musk bildirib. Hər-halda öz iddialı planlarından Musk əl çəkmək niyyətində deyil.

    “Əgər biz Tesla Roadster-i asteroidlər kəmərinə göndərə bildiksə çox güman ki, Model 3-ün istehsalat problemini də aradan qaldıra biləcəyik” – deyə Musk əlavə edib. Model 3 ilə bağlı problemlərin olmasına baxmayaraq keçən il şirkət ümumilikdə 102.000 ədəd avtomobil sata bildi. Bu isə 2016-cı ildəki göstəricidən 33% çoxdur. 2018-ci ilin birinci rübünün sonunadək şirkət həftədə 2500, ikinci rübün sonunadək isə həftədə 5000 ədəd Model 3 istehsal etməyi planlaşdırır. Bundan əlavə olaraq investorlarla görüş zamanı Musk qeyd edib ki, şirkətin CEO vəzifəsində dəyişikliklərin olmasından söhbət belə gedə bilməz. Bundan əlavə o qeyd edib ki, müəyyən vaxtda şirkətin məhsullarına daha çox diqqət ayıracaq. Lakin şirkətdən getməyi Musk hələ planlaşdırmır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×