
Robot insanla rəqs etdi və nəticədə möhtəşəm tamaşa alındı (VİDEO)
Elm & Texnologiya
16.11.2017
Emil
Texnologiya, elm, incəsənət, biznes və s. kimi sahələrdə unikal ideyaların müzakirəsi üçün nəzərdə tutulmuş TED konfransı zamanı maraqlı çıxış etmə sərgilənib.
Konfransda təqdim olunmuş
tamaşanın müəllifləri incəsənət ilə robototexnika sahəsinin dəqiqliyini birləşdirərək
demək olar ki, mümkün olmayanı ediblər. Tayvanlı artist, mühəndis və ixtiraçı
Huang Yi, KUKA adlı əl robotu ilə birlikdə rəqs edib. O bu tamaşanın ərsəyə gəlməsində
və nəticədə hər şeyin harmonik alınması üçün robotun proqramlaşdırılmasında özü
şəxsən iştirak edib. Videoya baxaraq demək olar ki, Huang bunu mükəmməl şəkildə
bacarıb. Belə ki, KUKA adlı robot Huang-dan heç də geri qalmayaraq rəqs hərəkətlərini
təkrar edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
