main-post-cover

    Rolls-Royce avtomobil brendi Spectre adlı ilk elektromobilini təqdim edib

    Elm & Texnologiya
    18.10.2022
    Farid Pardashunas
        Rolls-Royce avtomobil brendi rəsmi olaraq öz ilk elektromobilini təqdim edib. Söhbət, Spectre adlı elektrikli lüks kupeden gedir. Elektromobilin qiyməti barəsində məlumat verilməsə də, o, Rolls-Royce Cullinan (327 750$) modelindən baha, Rolls-Royce Phantom (458 000$) modelindən isə ucuz olacaq. Rolls-Royce Spectre elektromobilinin satışlarına 2023-cü ilin sonunda start verilməlidir. Xarici görünüşcə Spectre elektromobili Rolls-Royce brendinin digər lüks kupe modellərindən çox az fərqlənir. Belə ki, o, Rolls-Royce avtomobilləri üçün ənənəvi olan dizaynı ilə tanınır.
        Məşhur avtomobil brendinin bu təqdimatı daha çox elektromobilin xarici görünüşünün sərgilənməsinə hədəflənib. Buna görə də elektromobilin texniki özəllikləri barəsində məlumat verilməyib. Rolls-Royce qeyd edib ki, elektromobilin bir dəfə şarj olunandan sonra qətt etdiyi yol, saatda 100 km sürəti neçə saniyəyə yığması, batareya həcmi və digər texniki özəllikləri hələ tam olaraq dəqiqləşdirilməyib. Buna görə də elektromobilin texniki tərəfi barəsində ətraflı məlumat daha sonra veriləcək. Daha sonra veriləcək məlumatlara həmçinin elektromobilin satış qiyməti də daxildir.
        Avtomobil brendi qeyd edib ki, elektromobilin bir dəfə şarj olunandan sonra 420 km yol qətt edəcəyi güman edilir. Bununla belə elektromobilin mühərrikinin 577 at gücündə olacağı planlaşdırılır. Bunları nəzərə alaraq güman etmək olar ki, Rolls-Royce Spectre modeli saatda 100 km sürəti 4.4 saniyəyə yığa biləcək. Güc və sürət yığma baxımından sözügedən elektromobil Audi E-Tron ilə Polestar 2 arasında olacaq. Lakin bununla belə o, Tesla Model S Plaid, Porsche Taycan Lucid Air elektromobillərindən geridə qalacaq. Buna baxmayaraq avtomobil aşağı sürət göstəricisini aparıcı texnologiyalar, geniş salon və lüks aksesuarlar ilə kompensasiya edir. Qeyd etmək lazımdır ki, Rolls-Royce Spectre-in uzunluğu 5.45 metr, eni isə 2.077 metr təşkil edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər