main-post-cover

    Rusiya artıq ABŞ-dan elektron qurğular almayacaq

    27.08.2018
    Bot Lala
    Rusiya ABŞ-dan elektron qurğuların və ikili təyinatlı ehtiyat hissələrinin idxalından imtina edəcək.
    Technote.az Report-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aleksey Kondratyev deyib.
    Onun sözlərinə görə, Rusiya bu məhsulları üçüncü ölkələrdən alacaq:
    "Rusiyaya qarşı sanksiyaları nəzərə alaraq, biz bu məhsulları üçüncü ölkələrdən, xüsusilə Çindən alacağıq". Qeyd edək ki, avqustun 22-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya paketi qüvvəyə minib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər