
Şad Xəbər: 'Microsoft', Paint tətbiqini pozmaq fikrindən daşındı
Elm & Texnologiya
25.07.2017
Emil
Görünür, internet istifadəçilərinin, Paint tətbiqinin pozulması barədə xəbər nəticəsində üzülmələri, “Microsoft” şirkətini kövrəldib.
Sözügedən tətbiq artıq 30 ilə yaxındır ki, mövcuddur və təəccüblü
deyil ki, şirkət, Paint tətbiqini, Paint 3D-ə əvəz edəcəyini bildirində, bu
çoxlarının xoşuna gəlmədi. “Microsoft” rəsmi olaraq bildirdi ki, Paint olduğu
kimi qalacaq. Lakin onu başqa yerdən əldə etmək lazım gələcək. Hal hazırda
Paint, köhnəlmiş tətbiq statusunu alsa da, bu o deməkdir ki, bundan sonra “Microsoft”
daha onun üçün yenilənmə təqdim etməyəcək. Paint həmişəki kimi Windows üçün aktiv olaraq qalacaq. Lakin onu Windows Store-dan yükləmək lazım gələcək.
“Gələcəkdə biz, Paint-i, Windows Store üçün pulsuz edəcəyik. Bununla yanaşı
biz, insanlar üçün daha yaxşı yaradıcı alətlər təqdim etmək üçün Paint 3D-yə
mütəmadi yeniliklər təqdim edəcəyik” – deyə şirkət rəsmisi bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
