main-post-cover

    Samsug Galaxy S20+ smartfon modelinin real fotoları və videosu ortaya çıxdı (VİDEO)

    Elm & Texnologiya
    16.01.2020
    Emil Nəcəfov
        Samsung Galaxy Unpacked 2020 tədbirinin yaxınlaşması ilə internetdə Galaxy S20 flaqman smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. İndi isə XDA-Developers saytı Galaxy S20+ smartfon modelinin real fotolarını və videosunu aşkar edib. Fotolardan da görmək olar ki, sözügedən smartfon ölçü baxımından böyükdür. Belə ki, smartfon 6.7 düym Super AMOLED ekran ilə təchiz olunmalıdır. Təqdim edilmiş fotolardan birində isə həmçinin Galaxy S20+ modelinin ölçüsünü keçən ilki Galaxy S10+ modelinin ölçüsü ilə müqayisə etmək olar.
        Əvvəlcədən də güman edildiyi kimi Galaxy S20+ smartfonunun ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə var və o, ekranın yuxarı mərkəzi hissəsində yerləşdirilib. Arxa kameralar isə düzbucaq şəklində yerləşdirilib. XDA-Developers saytı həmçinin smartfonun bəzi texniki özəlliklərini də təsdiqləyib. İlk növbədə smartfon ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanına sahibdir.
        Smartfon ekranı 120 Hz tezliyə sahib olsa da o, Full HD+ keyfiyyətində çalışır. Ekran keyfiyyətini WQHD-yə kimi qaldıranda tezlik 60 Hz-ə enir. Galaxy S20+ smartfonu Galaxy S seriyasının ilk smartfon modeli olacaq hansı ki, 3.5 mm-lik audiogirişdən məhrum olacaq. Məlumata əsasən smartfonun komplektində AKG USB Type-C qulaqlıqlar olacaq. Qeyd etmək lazımdır ki, yeni Galaxy S20 flaqman smartfon seriyası 11 fevral tarixində təqdim ediləcək. Həmin tədbir çərçivəsində həmçinin Galaxy Z Flip adlı qatlana bilən smartfon modeli də təqdim olunmalıdır.
    Linki kopyala