main-post-cover

    Samsung -un təqdimatına saatlar qala çox böyük sızıntı ortaya çıxdı (VİDEO)

    25.02.2018
    Farid Pardashunas
        Qeyd etdiyimiz kimi Mobil Dünya Konqresi üçün artıq Barcelonadayıq və bugün texnologiya dünyası üçün çox önəmli gündür. Çünki, bizi həddən artıq maraqlı hadisələr gözləyir. Bu haqda dünən yazdığımız məqalədən tanış ola bilərsiniz.
        Samsung Galaxy S9 -un təqdimatına saatlar qala çox böyük bir sızıntı ortaya çıxdı. Slashleaks tərəfindən yayımlanan 3 dəqiqəlik video böyük ehtimalla Samsung Galaxy S9 -un təqdimatında yayımlanacaq videoların bir hissəsidir. Bu video artıq bizə axşam keçiriləcək təqdimat haqqında bir çox informasiyaları çatdırır.
        Belə ki, bundan öncəki məqaləmizdə də qeyd etdiyimiz kimi, Samsung bugün S9S9 Plus -la yanaşı Dex Pad -ı təqdim edəcək. Videodan da görürük ki, bu "Pad" bizə imkan verəcək ki, telefonu mini PC -yə çevirək. Bu zaman telefon paralel olaraq "touch pad" rolunu da oynayacaq. Əlavə olaraq görüntülər də Samsung -un bizneslər üçün həllər təqdim edəcəyi də görünür. Kamera ilə yeni tərcümə texnologiyası isə "Google Translate" -lə ortaq layihəyə bənzəyir. Bütün bunlara baxmayaraq rəsmi məlumatlar ortaya çıxmayana qədər dəqiq nəsə demək qəlizdir. Ən yaxşısı bir neçə saat daha səbr edib, rəsmi təqdimatı gözləməkdir. 
        Technote hal-hazırda Mobil Dünya Konqresindədir və baş verən yenilkərlə sizi an ba an tanış edəcəyik. Qeyd etmək yerinə düşər ki, yayım məlumatlarının sponsoru Azərbaycanda Samsung -un rəsmi distribütoru olan Kontakt Home mağazalar şəbəkəsidir. 
    Həmin video:

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər