
Samsung 2 nanometrlik prosessorların istehsalı ilə məşğul olacaq
Elm & Texnologiya
13.02.2024
Emil
Verilmiş yeni məlumata əsasən Qualcomm şirkəti yeni mobil prosessorların hazırlanmasında Samsung ilə əməkdaşlıq etməyi planlaşdırır. Gözləntilərə əsasən tərəflər öz güclərini 2 nanometrlik Snapdragon prosessorların istehsalı üçün birləşdirəcəklər. Məlumatda qeyd edilib ki, Qualcomm Samsung-a 2 nanometrlik prosessorların nümunələrini sifariş verib və həmin prosessorların hazırlanmasında GAA MBCFET (Gate-All-Around Multi-Bridge-Channel Field Effect Transistor) texnologiyasından istifadə ediləcək.
Çox güman ki, söhbət, yüksək çalışma tezliyinə sahib Snapdragon 8 Gen 5 for Galaxy prosessorundan gedir. Bu prosessorun 2025-ci ildə istifadə ediləcəyi gözlənilir. Samsung eyni texnologiya əsasında özünün Exynos 2600 prosessorunu da hazırlamağı planlaşdırır. Bəzi mənbələrin vermiş olduqları məlumata əsasən Qualcomm 2 nanometrlik prosessorların nümunələrinin hazırlanmasını həmçinin TSMC şirkətindən də istəyib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
