Samsung 3 arxa kameralı daha bir Galaxy A smartfonu üzərində çalışır

Samsung 3 arxa kameralı daha bir Galaxy A smartfonu üzərində çalışır

Texnologiya
15.04.2019 PAYLAŞIM

    Çinin TENAA adlı nizamlayıcı orqanının məlumatlar bazasında Samsung şirkətinin iki yeni smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. məlumatlar bazasındakı smartfonlar SM-A3050 SM-A3058 seriya nömrələrinə sahibdirlər. Smartfonların texniki göstəricilərindən belə qənaətə gəlmək olar ki, onlar bir smartfon modelinin iki versiyasıdır. Bu barədə Gagadget saytı xəbər verib.

    Beləliklə məlumata əsasən Smartfon HD+ keyfiyyətli 6.4 düym AMOLED ekran, 1.8 GHz tezlikdə çalışan prosessor, 4/8 və ya 6 GB RAM, 64 və ya 128 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP + 3 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Maraqlısı ondadır ki, bu iki smartfon versiyasının ölçüləri fərqlidir. Lakin onlar eyni çəkiyə sahibdirlər. Smartfonların seriya nömrələrindən belə qənaətə gəlmək olar ki, onlar Galaxy A seriyasına daxil olacaqlar. Konkret olaraq Galaxy A30-a. Galaxy A30 adlı smartfon artıq təqdim olunub. Buna görə də heç istisna deyil ki, yeni smartfon Galaxy A35 və ya Galaxy A30e adlanacaq,



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Tesla'nın elektrikləşdirilmiş pikap modelinin adı məlum oldu

Elon Musk artıq Tesla-nın ilk pikap modelinin təqdimat tarixini təsdiqləyib.


Microsoft heç gözlənilmədən Windows 10 Mobile üçün sistem yenilənməsini təqdim e..

Microsoft şirkəti hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, bu ilin dekabr ayında Windows Mob..


Android smartfonları qulaqlıqlar vasitəsilə hack etmək olar

Amerikalı tədqiqatçılar Android smartfonlarda yeni növ boşluq aşkar ediblər.


Xiaomi şirkəti yeni Motorola RAZR'a bənzəyən smartfonun patentini aldı

Dünən təqdim edilmiş yeni Motorola RAZR smartfonu elastiki ekrana sahib ilk qapaqlı smartfon modeli ..


Yeni qatlana bilən Motorola RAZR smartfonunun ekran dəyişilməsi hansı qiymətə ba..

Dünən təqdim edilmiş yeni Motorola RAZR smartfonu qatlana bilən smartfonlar sırasına daxil oldu. ..


Facebook şirkəti nəticədə TikTok'a çevrilmiş Musical.ly servisini hələ 2016-cı i..

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-ni ..