
Samsung 3 arxa kameraya sahib ilk Galaxy smartfonunu təqdim etdi
Elm & Texnologiya
20.09.2018
Emil
Galaxy Note 9-un təqdimatından 1 ay sonra Samsung şirkəti Galaxy
A7 (2018) adlı orta büdcəli smartfon modelini təqdim etdi. Smartfonun əsas
üstünlüyü onun 3 arxa kameraya sahib olmasıdır. Qeyd etmək lazımdır ki, bu
smartfon Galaxy seriyasının 3 arxa kameraya sahib ilk modelidir. Bundan əlavə
olaraq yeni model minimal çərçivələrə sahib Infinity ekranına sahibdir. Beləliklə
Galaxy A7 (2018) Full HD+ keyfiyyətli 6 inç AMOLED ekranla təchiz olunub.
Smartfonun barmaq izi skanı texnologiyası isə onun kənarında yerləşir. Yəni səsin
tənzim olunması üçün nəzərdə tutulmuş düymələrin yerləşdiyi yerdə.

Smartfon adı
çəkilməyən 2.2 GHz tezlikli 8 nüvəli prosessor vasitəsilə çalışır. Cihaz həmçinin
4/6 GB RAM, 64/128 GB daxili yaddaş (512 GB-a kimi microSD dəstəyi) və 3300 mAh
enerji tutumlu batareya ilə təchiz olunub. Arxa panel 3 kamera modulundan ibarətdir.
Əsas modul f/1.7 diafraqmalı 24 MP-lik kameradır. “Canlı fokus” funksiyası portret
rejimində çəkiliş zamanı arxa fonun bulanıq alınması üçün istifadə edilir.
Kamera həmçinin yaxşı işıqlandırılmamış mühitdə avtomatik olaraq 4 pikseli 1 tam
pikselə birləşdirərək yaxşı keyfiyyətdə fotoların alınmasında yardımçı olur.
İkinci modul f/2.4 diafraqmalı genişbucaqlı 8 MP-lik kamera, üçüncü modul isə
f/2.2 difraqmalı 5 MP-lik kameradır. Üçüncü kamera fotoda olan ikincidərəcəli
detalların təyin edilməsi və onları daha yaxşı şəkildə təqdim edilməsi üçün nəzərdə
tutulub.

Smartfon həmdə f/2.0 diafraqmalı 24 MP-lik ön kamera ilə də təchiz
olunub. Ön kamera da yaxşı işıqlandırılmamış mühitdə olan çəkilişlər üçün
optimizasiya olunub. Qeyd etmək lazımdır ki, həm arxa kameralar həm ön kamera
süni zəka funksiyalarına da sahibdirlər. Galaxy A7 (2018) modeli Android 8.0
Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn aydan etibarən 407$ start qiymətində satışa
çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
