Samsung: '6G gözlənildiyindən daha tez istifadəyə veriləcək' - Nə Zaman?

Samsung: '6G gözlənildiyindən daha tez istifadəyə veriləcək' - Nə Zaman?

Texnologiya
15.07.2020 PAYLAŞIM

    Güman edilir ki, 6G texnologiyası məlumatları saniyədə 1 TB sürətlə yükləmək imkanını verəcək. Bu isə 5G texnologiyasının göstəricisindən 8000 dəfə yüksəkdir. Bu cür texnologiya vasitsilə 4K keyfiyyətində olan bir çox filmi saniyə ərzində yükləmək mümkün olacaq. Bütün bu özəlliklərə baxmayaraq 6G şəbəkəsinin yalnız 10 ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Samsung bu cür fikir ilə razı deyil. Onun fikrincə 6G-nin istifadəyə verilməsi daha tez baş verəcək. Bu barədə Zdnet.com saytı xəbər verib.

    Samsung şirkətinin təqdim etdiyi böyük həcmli sənəddə onun 6G texnologiyası barəsində təsəvvürləri əks olunub. Həmin sənəddə 6G texnologiyasının müxtəlif istifadə ssenariləri var. Lakin ən əası odur ki, şirkət kommersiya məqsədli ilk 6G şəbəkələrinin 2028-ci ildə istifadəyə veriləcəyini gözləyir və 2030-cu ilə kimi həmin şəbəkələr adi istifadəçilər arasında məşhurlaşmalıdırlar. Qeyd etmək lazımdır ki, daha öncə qeyd olunurdu ki, 6G yalnız 2030-cu ildə istifadəyə veriləcək. Bundan əlavə olaraq Samsung-un hesabatında qeyd olunub ki, telekommunikasiya üzrə beynəlxalq birlik artıq gələn ildən başlayaraq 6G konsepsiyasının təyini üzrə işlərə start verməlidir.


Öz hesabatında şirkət 6G üçün olan 3 əsas tələb kateqoriyasını təyin edib: Performans, arxitektura və etibarlılıq.

    6G texnologiyasının əsas məğzi yüksək sürətli əlaqəni həyatımızın hər bir sahəsinə inteqrasiya etməkdir. Maraqlısı ondadır ki, şirkət mlumatların maksimal ötürülməsi sürəti məsələsində saniyədə 1000 Gbit göstərici gözləyir. Bu isə 5G-nin göstəricisindən 50 dəfə yüksəkdir. Samsung-un fikrincə 6G şəbəkəsində gecikmə 100 mikrosaniyəni keçməməlidir. Bu isə 5G şəbəkəsinin gecikmə göstəricisinin 1/10 hissəsinə bərabərdir. Samsung özünün bu cür proqnozlarını 2G-dən 5G-yə kimi hər bir növbəti nəsil şəbəkə üçün texniki standartların hazırlanmasına daha az zamanın sərf olunması ilə əlaqələndirib. Belə ki, əgər 3G-nin istifadəyə verilməsi üçün 15 il lazım olubsa, 5G-nin istifadəyə verilməsi üçün 8 il lazım olub. Samsung əmindir ki, 6G ilə yeni nəsil şəbəkə standartının istifadəyə verilməsi üçün sərf olunan zaman daha da aşağı düşməyə davam edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil ya..


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..

×