
Samsung artıq Exynos 2500 prosessoru üzərində çalışır
Elm & Texnologiya
22.01.2024
Emil
Samsung-un keçən həftə Galaxy S24 smartfon seriyası tərkibində Exynos 2400 prosessorunu təqdim etməsinə baxmayaraq şirkət artıq sözügedən prosessorun davamçısı üzərində çalışır. Söhbət, Exynos 2500-dan gedir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Exynos 2400 kimi Exynos 2500 da 10 nüvədən təşkil olunacaq. Exynos 2500-da Cortex-X5 nüvəsi olduğu kimi qalacaq. Cortex-A720 nüvələrinə gəldikdə isə onlar Cortex-A730 nüvələri ilə əvəzlənəcəklər. Cortex-A520 nüvələri də olduqları kim qalacaqlar. Qeyd etmək lazımdır ki, bunlar Exynos 2500-ın erkən göstəriciləridir. Prosessorun final versiyası bir qədər fərqlənə bilər. Çox güman ki, Exynos 2500 gələn ilin əvvəlində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
