main-post-cover

    Samsung bu il 3 ədəd qatlana bilən smartfon təqdim edə bilər

    Elm & Texnologiya
    20.01.2020
    Farid Pardashunas
        Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti 2 yeni qatlana bilən smartfon modelini satışa çıxartmağı planlaşdırır. Lakin ortaya çıxmış yeni məlumata əsasən qatlana bilən smartfon modellərinin sayları 2-dən çox olacaq. Bu barədə Gagadget saytı xəbər verib. Çinin Weibo adlı sosial şəbəkəsində şirkətin bilinməyən qatlana bilən smartfon modelinin poster fotosu ortaya çıxıb.
        Son məlumat sızıntılarına əsasən smartfon Galaxy Z adını əldə edəcək və o, iki tərəfdən qatlana biləcək. Teme ləqəbli insayder qeyd edib ki, şirkətin ikinci qatlana bilən smartfonu Galaxy Fold-un növbəti versiyası olacaq və ola bilər ki, həmin smartfon Galaxy Z Fold adını əldə etsin. Üçüncü smartfon modeli isə Galaxy Z Flip olacaq və o, keçən ilin sonunda təqdim edilmiş Motorola RAZR ilə rəqabət aparacaq.
        Qeyd etmək lazımdır ki, Galazy Z Flip smartfon modelinin 11 fevral tarixində Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir. Gözləntilərə əsasən Galaxy Z Flip modeli Snapdragon 855 prosessoru, 6.7 düym ekran, 25 vatt gücündə sürətli şarj texnologiyalı iki ədəd batareya və ekran üzərində şüşə materialdan hazırlanmış qoruyucu örtük ilə təchiz olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər