main-post-cover

    Samsung da Apple və Google kimi öz debet kartını istifadəyə verəcək

    Elm & Texnologiya
    08.05.2020
    Farid Pardashunas
        Böyük texnoloji şirkətlər bank sahəsinə daxil olmağa davam edirlər. İlk öncə smartfon istehsalçıları müxtəlif ödəniş servisləri hazırlamağa başladılar və keçən ildən bəri artıq öz müştərilərinə kredit kartlarını təklif edirlər. Bu cür kredit kartlar artıq Apple Huawei şikətlərində mövcuddur. Son məlumat sızıntılarına əsasən Google şirkəti də öz debet kartını istifadəyə verəcək.
        Ortaya çıxmış yeni məlumata əsasən isə Samsung şirkəti də öz kredit kartını istifadəyə verməyə hazırlaşır. Bu barədə Gizmochina saytı xəbər verib. Samsung şirkətinin təmsilçiləri bildiriblər ki, onlar bu ilin yay fəslində SoFi adlı maliyyə şirkəti ilə birlikdə Samsung Pay adlı debet kartını istifadəyə verəcəklər. Məlumatda qeyd edilib ki, alıcılar öz vəsaitlərini idarə etmək üçün xüsusi istifadəçi hesablarına sahib olacaqlar.
        Samsung Pay servisinin Cənubi Amerika üzrə vitse prezidenti və general direktoru Sang Ahn qeyd edib ki, şirkət pul vəsaitlərinin idarəsi üçün mobil platforma hazırlamaq niyyətindədir. Sözügedən layihə barəsində yetəri qədər məlumat verməyən vitse prezident qeyd etdi ki, daha çox təfərrüat yaxın həftələrdə təqdim olunacaq. Heç istisna deyil ki, Samsung şirkəti öz debet kartını yay fəslində Galaxy Note 20 smartfon seriyası ilə birlikdə təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər