main-post-cover

    Samsung-dan 5000 mAh batareyalı Galaxy M11 smartfonu

    Elm & Texnologiya
    30.03.2020
    Emil Nəcəfov
        Samsung şirkəti öz rəsmi saytında Galaxy M seriyasının yeni modeli olan Galaxy M11-i təqdim etdi. Sözügedən smartfon modelinin əsas özəllikləri sırasında böyük ölçülü ekran, üçlü arxa kamera və böyük batareya həcmi var. Galaxy M11 modeli 1560x720 piksel keyfiyyətli 6.4 düym IPS ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Digər texniki özəlliklərə gəldikdə isə smartfon 1.8 GHz tezlikdə çalışan 8 nüvəli prosessor (prosessorun modeli bilinmir), 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/1.8 diafraqma) + 5 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqmalı ToF modul) üçlü arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy M11 smartfonu həmçinin özündə USB Type-C girişi və 3.55 mm-lik audiogirişi birləşdirir. Smartfonun nə zaman və hansı qiymətə satışa çıxacağını şirkət daha sonra bildirəcək.
    Linki kopyala