
Samsung-dan istifadəçilərə gizli mesaj: '1'
Elm & Texnologiya
20.02.2020
Nijat
Samsung Galaxy istifadəçiləri bu gün smartfonlarına baxdıqlarında qəribə bir bildiriş ilə rastlaşdılar. Belə ki, Samsung-un Smartfonumu Tap tətbiqindən 1 rəqəmi yazılı bir bildiriş bütün istifadəçilərə göndərilib. Hətta Galaxy olmayan A və J seriyaları Samsung smartfonlarında belə bu bildiriş göstərilib.
İşin qəribə tərəfi bəzi smartfonlarda Cihazımı Tap funksiyası aktiv olmadığı halda, hətta bu funksiyanın olmadığı telefonlarda belə bu bildiriş istifadəçilərə göstərilib.

Şirkət tərəfindən səhvən göndərilən bildirim xəbərlərində Samsung ilk deyil. Bundan daha əvvəl OnePlus şirkəti də bütün OnePlus 7 Pro istifadəçilərinə səhvən bildiriş göndərmişdi. Qeyd edək ki, Cihazımı Tap funksiyası smartfon istehsalçıları tərəfindən smartfon itirildiyi halda yerini tapmaq, kilitləmək və faylları silə bilmək mümkün olsun deyə yerləşdirilib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
