main-post-cover

    Samsung'dan kompakt ölçülü Galaxy Book S noutbuku

    08.08.2019
    Farid Pardashunas
        Bu gecə Samsung şirkəti Galaxy Note 10 ilə Galaxy Note 10+ flaqman smartfon modellərindən başqa bir məhsul da təqdim etdi. Söhbət, kompakt ölçüyə sahib Galaxy Book S noutbuk modelindən gedir. LTE modemə və nazik metal gövdəyə sahib bu noutbuk yüksək performanslı Snapdragon prosessoru əsasında hazırlanıb və yüksək zaman ərzində çalışmaq özəlliyi ilə seçilir. Belə ki, bir dəfə şarj olunandan sonra bu noutbuk hətta aktiv şəkildə istifadə zamanı 24 saat çalışa bilir. Bu barədə 4pda saytı xəbər verib.

        Samsung təmsilçilərinin sözlərinə əsasən bu yeni məhsul noutbuk ilə smartfon özəlliklərini bir araya toplayır. Smartfon özəlliklərindən burda LTE modemi və yüksək avtonom göstəricisini qeyd etmək olar. Göstəricilərə əsasən video izləmə rejimində noutbuk 23 saat çalışmağa qadirdir. Bununla yanaşı passiv soyutma sistemi sayəsində noutbuk demək olar səssiz çalışır.

        Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy Book S modeli 1920x1080 piksel keyfiyyətli 13.3 düym sensorlu TFT ekran, 2.84 GHz tezlikdə çalışan Snapdragon 8cx prosessoru, LPDDR4X standartlı 8 GB RAM, 256/512 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 42 vatt saat batareya həcmi və barmaq izi skanı texnologiyası ilə təchiz olunub.

        Noutbuk gövdəsinin ən nazik sahəsinin qalınlığı 6.2 mm təşkil edir. Bu cür kosntruksiyanın mənfi cəhəti ondan ibarətdir ki, ona çoxlu sayda giriş yerləşdirmək olmur. Buna görə də Galaxy Book S yalnız bir ədəd USB Type-C girişi ilə təchiz olunub. Noutbuk Windows 10 Home əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy Book S bu ilin sentyabr ayında 999$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər