main-post-cover

    Samsung-dan möhtəşəm xəbər: 2022-də 3 nm istehsala keçid edəcək

    Elm & Texnologiya
    15.04.2020
    Nijat Hamid
            Texnologiya nəhənglərindən biri olan Samsung həmçinin ekosistem daxilində yarımkeçiricilər üzrə lider olan şirkətdir. Hal-hazırda istehsal etdiyi DRAM, NAND, SSD çipləri və Exynos prosessorları 7 nm istehsal texnikası ilə hazırlanır. Növbəti addım olaraq 5 nm-ə keçilməsi düşünülərkən şirkət artıq 2022-ci ildə 3 nm-ə keçəcəyini bildirdi.

    Samsung, 3 nm ilə 30% performans və 50% daha az enerji sərfiyyatını təmin edə biləcək.

            Keçən aylarda GAAFET texnologiyasını təqdim edən Samsung, bu gün GAAFET texnologiyasının daha təkmil versiyası olan MCBFET adındakı istehsal texnologiyası ilə birliktə 3 nm ölçülərində istehsala keçid edəcəyini bildirdi. Bunun nəticəsində 30% performans artımı, 50% enerji sərfiyyatının azalması mümkün olacaq. Həmçinin MCBFET texnologiyası ilə istehsal zamanı çiplər 45% daha balaca olacaqlar. 
            Bəs Samsung bunu harada istifadə edəcək? Qısaca belə deyək ki, Samsung-un istehsal edəcəyi bütün çiplərdə. Yəni yeni ramlarda, prosessorlarda 3 nm-ə keçid ediləcək. Beləliklə 2022-ci ildə artıq kompüter Ramları,SSD-lər, Exynos prosessorları, hətta əgər Qualcomm Snapdragon prosessorlarını Samsung ilə istehsal edərsə, Snapdragon prosessorlar belə 3 nm ölçülərində istehsal olunacaq. Bu da bizə yuxarıda saydığımız texnologiyalarda 30% daha çox performans verəcək. 
    Linki kopyala