Samsung-dan yeni Galaxy Watch 4 smart saatı və naqilsiz Galaxy Buds 4 qulaqlıqları - QİYMƏTİ

Samsung-dan yeni Galaxy Watch 4 smart saatı və naqilsiz Galaxy Buds 4 qulaqlıqları - QİYMƏTİ

Texnologiya
12.08.2021 PAYLAŞIM

    Dünən Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 smartfonlarından əlavə olaraq Galaxy Watch 4 smart saatını və naqilsiz Galaxy Buds 2 qulaqlıqlarını təqdim edib. Gəlin Galaxy Watch 4-dən başlayaq. Şirkət sözügedən smart saatı iki versiyada təqdim edib. Galaxy Watch 4 və Galaxy Watch 4 Classic. Hər iki saat 5 nanometrlik prosessora sahibdir, səhhətin monitorinqi üçün bir çox funksiyanı özündə birləşdirir və yüksək həcmli batareya ilə təchiz olunub. Modellər arasındakı əsas fərq isə dizayn və gövdə materialındadır. 4-cü nəsil Galaxy Watch saatı yastı dizaynda reallaşdırılıb və onun ön panellərində əlavə elementlər yoxdur. Galaxy Watch 4 özü iki ölçüdə təqdim olunur. Onlardan biri 44 mm, digəri isə 40 mm gövdə diametrinə sahibdir. Saatların gövdələri alüminium materialdan hazırlanıb.


    44 mm gövdə diametrinə sahib model 35 mm diametrli ekran, 40 mm gövdə diametrinə sahib model isə 30.4 mm diametrli ekran əldə edib. Ekranlar Super AMOLED texnologiyası əsasında hazırlanıblar və Gorilla Glass DX+ qoruyucu şüşəsi ilə əhatə olunublar. Bununla yanaşı smart saatllar Always on Display funksiyasını da dəstəkləyirlər. Galaxy Watch 4 Classic-ə gəldikdə isə o da iki ölçüdə təqdim olunur. Onlardan biri 42 mm gövdə dametrinə, digəri isə 46 mm gövdə diametrinə sahibdir. Ekranların ölçüləri isə gövdə diametri ilə eynidir. Classic modellərin ekranları da Super AMOLED texnologiyası ilə hazırlanıb. Lakin Classic modellərin ekranları Gorilla Glass DX qoruyucu şüşəsi ilə əhatə olunublar. Ekranlardan başqa bütün özəlliklər eynidir.

    Smart saatlarda reallaşdırılmış əsas yenilik Samsung BioActive adlı orijinal sensordur. Bu sensor insan səhhətinin bir neçə parametrini ölçməyə imkan verir. Belə ki, o, elektrokardioqrafiya funksiyasını daşıyır, qandakı oksigen miqdarını ölçür, orqanizmdə olan yağ miqdarını, əzələ kütləsini və su miqdarını təyin edir. Bunun üçün istifadəçi iki barmağını gövdədəki xüsusi düymələrə toxundurmalıdır. Bundan əlavə olaraq smart saatlar qan təzyiqini də ölçə bilirlər. Bütün bu parametrlərin təyin edilməsi nəticəsində əldə olunmuş məlumatlar əsasında smart saatlar uyğun idman məşqlərini təyin edəcək və həmin idman məşqlərinin gedişatını aparacaqlar.

    Smart saatların gövdələri IP68 standartı sudan qorunma özəlliyinə sahibdirlər. Buna görə də onlar 50 metrlik su dərinliyinə dözə bilərlər. Smart saatlar 5 nanometrlik Exynos W920 prosessoru, 1.5 GB RAM və 16 GB daxili yaddaş həcmi ilə təchiz olunublar. Bununla yanaşı smart saatlar səsgücləndirici və mikrofona da sahibdirlər. Galaxy Watch 4 seriyasına daxil olan bütün modellər Google Pay Samsung Pay ödəniş servislərini dəstəkləyirlər. Bununla yanaşı smart saatlar bir dəfə şarj olunandan sonra 40 saat çalışa bilirlər. Galaxy Watch 4 modelləri sentyabr ayında satışa çıxacaqlar. Onların satış qiymətləri aşağıdakı kimi olacaq:

- Bluetooth / Wi-Fi-a sahib 40 mm-li Galaxy Watch 4 - 250$

- Bluetooth / Wi-Fi / 4G-ə sahib 40 mm-li Galaxy Watch 4 - 300$

- Bluetooth / Wi-Fi-a sahib 44 mm-li Galaxy Watch 4 - 280$

- Bluetooth / Wi-Fi / 4G-ə sahib 44 mm-li Galaxy Watch 4 - 330$

- Bluetooth / Wi-Fi-a sahib 42 mm-li Galaxy Watch 4 Classic - 350$

- Bluetooth / Wi-Fi / 4G-ə sahib 42 mm-li Galaxy Watch 4 Classic - 400$

- Bluetooth / Wi-Fi-a sahib 46 mm-li Galaxy Watch 4 Classic - 380$

- Bluetooth / Wi-Fi / 4G-ə sahib 46 mm-li Galaxy Watch 4 Classic - 430$.

    İndi isə keçək naqilsiz Galaxy Buds 2 qulaqlıqlarına. Yeni naqilsiz qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması özəlliyini və şəffaflıq funksiyasını dəstəkləyirlər. Şəffaflıq funksiyası sayəsində istifadəçi ətrafdakı səsin gücünü yüksəldə bilər. Galaxy Buds 2 qulaqlıqları 2 zolaqlı səsgücləndiricilər ilə təchiz olunublar. Bu səsgücləndiricilər yüksək tezlikli səslərin və dərin basların daha təmiz şəkildə səslənmələri imkanını yaradırlar. Qulaqlıqların smartfona sürətli qoşulmasından Buetooth 5.2 texnologiyası cavabdehdir. Bundan əlavə olaraq bu qulaqlıqlar One UI 3.1 interfeysli Galaxy smartfonları və planşetləri arasında avtomatik keçidi reallaşdıra bilirlər.

    Galaxy Buds 2 fon səslərini 98% aşağı salan ANC texnologiyasının dəstəyinə sahibdir. İstifadəçinin küçədə təhlükəsizliyini isə “Fon Səsi” adlı xüsusi rejim təmin edir. Bu rejim səsin ötürülməsi məsələsində 3 intensivlik səviyyəsini təqdim edir. Məsələn onlardan birini seçməklə istifadəçi ətrafda baş verənlərin səslərini eşitməklə yanaşı həmçinin ətraf səslərin güclərini 0.5 millisaniyə gecikmə ilə 9 dB-ə (desibel) çatdıra bilər. Qulaqlıqlar 3 ədəd mikrofon ilə tchiz olunublar və machine learning alqoritmi əsasında küyün boğulması dəstəyini əldə ediblər. Bu isə öz növbəsində telefon danışıqları zamanı səsin təmiz şəkildə ötürülməsini təmin edir.

    Qulaqlıqlar 61 mAh enerji tutumlu batareyaya sahibdirlər. ANC funksiyasının aktiv olduğu halda qulaqlıqlar 5 saat ərzində, ANC funksiyasının deaktiv olduğu halda isə 7.5 saat çalışa bilirlər. Qeyd etmək lazımdır ki, Galaxy Buds 2 həmçinin şarj keysinə də sahibdir. O, 472 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onun sayəsində qulaqlıqlar ANC funksiyasıının aktiv halında 20 saat, ANC funksiyasının deaktiv halında isə 29 saat çalışa bilirlər. Galaxy Buds 2 bu ayın sonunda 150$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×