Samsung ekrana inteqrasiya olunmuş ön kameralı və gamer smartfon hazırlayır

Samsung ekrana inteqrasiya olunmuş ön kameralı və gamer smartfon hazırlayır

Texnologiya
20.10.2018 PAYLAŞIM

    Görünür, Samsung şirkəti son zamanlarda smartfonlarda artıq hamını qıcıqlandıran ekran üzərində çıxıntı hissəsini əvəz etməyin yolunu tapıb. Belə ki, Samsung şirkəti barmaq izi skanı texnologiyasının ekrana inteqrasiya olunduğu kimi ön kameranı da ekrana inteqrasiya edəcək. Məlumata əsasən kamera aktiv olmayan zaman istifadəçi gözü ilə görünməyəcək və onun üzərində standart olaraq ekranda təsvir əks olunacaq. Şirkət artıq ekrana inteqrasiya olunmuş ön kameralı smartfonların prototiplərinə sahibdir

    Lakin bu cür smartfonları yaxın zamanda gözləmək lazım deyil. Belə ki, bu cür məhsul hələki tam olaraq ideal vəziyyətə gətirilməyib. Çox güman ki, bu cür texnologiyalı smartfonlar 2020-ci ildən tez çıxmayacaqlar və ola bilər ki, onlar Galaxy S11Galaxy S12 modelləri olacaqlar. Bundan əlavə olaraq məlum olub  ki, Samsung şirkəti ekrana inteqrasiya olunmuş ön kameralı smartfondan başqa həmdə özünün gamer smartfonu üzərində də çalışır. Şirkətin özünün gamer smartfonu hazırladığı barəsində məlumatlar hələ bir neçə ay bundan öncə ortaya çıxmışdı.


    Lakin Twitter-də insayderlər tərəfindən paylaşılmış sonuncu məlumatlar bu şayiələri təsdiqləyir. Təəssüflər olsun ki, Samsung-un gamer smartfon modelinin necə adlanacağı barəsində heç bir məlumat yoxdur. Lakin əvvəlki məlumatlarda qeyd olunurdu ki, sözügedən smartfon modeli Galaxy A seriyasına aid olacaq və Snapdragon 845 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya və xüsusi soyuducu sistem ilə təchiz olunacaq. Xarici görünüşcə smartfon Galaxy A7Galaxy A9 modellərinə bənzəyə bilər. Smartfon həmçinin Infinity Display ekrana və şüşədən hazırlanmış gövdəyə sahib ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×