
“Samsung” şirkəti istifadəçinin autentifikasiyası üçün əl skanının patentini qeydiyyatdan keçirdib.
Bu barədə The Verge saytı xəbər verib. “Apple” şirkətinin yeni iPhone modelində Face ID texnologiyasını təqdim edəndən sonra bir çox şirkətlərin də onun yolu ilə gedərək bu cür texnologiyanın öz məhsullarında istifadə edəcəyi düşünülürdü. Lakin bir çox şirkətlər “Apple”ı kopylaamağı tələsmirlər. Əksinə onlar öz biometrik skan texnologiyalarını yaradırlar. Beləliklə “Samsung” mühəndisləri istifadəçi əlinin skanı texnologiyasını fikirləşiblər.
İstifadəçi demək olar ki, hər zaman
smartfonu əlində saxlayır və əgər əlin içinin əsasında rəqəmsal qoruma suistemi
yaradılsa, istifadəçidən əlavə heç bir hərəkət tələb olunmayacaq. Faktiki
olaraq şirkətin yeni patenti Face ID kimi özəllik təklif edir. Yəni əlavə klik
və hərəkətlərsiz biometrik skan üsulu. Texniki məsələdə əsas suallar bundan ibarətdir
ki, bu texnologiya adi fotodan istifadə edəcək yoxsa 3D modeldən? Bunun üçün əlavə
ötürücü lazımdır yoxsa adi kamera bəs edəcəkmi? Əl izi skanı üz skanından nə dərəcədə
etibarlıdır?
Şərh yoxdur