Reklam
Samsung ən sürətli NVMe SSD-sini təqdim etdi: 980 Pro

Samsung ən sürətli NVMe SSD-sini təqdim etdi: 980 Pro

Texnologiya
30.08.2020 PAYLAŞIM

        Samsung şirkəti istehsal etdiyi çiplər və SSD-lər ilə ekosistemdə öz fərqini ortaya qoyur. Keçən il təqdim etdiyi həm performansı, həm uzun ömrü ilə bilinən 970 Pro SSD-sinin yeni versiyası olan 980 Pro təqdim edildi. Yeni SSD-nin 3 fərqli yaddaşa malik versiyası olacaq: 250 GB, 500 GB1 TB. Qeyd edək ki, bu SSD PCİe 4.0 interfeysini dəstəkləyir. Bu o deməkdir ki, bu cihaz ekosistemdəki ən yenə və ən sürətli ötürmə protokoluna malikdir. 

Samsung-un yeni 980 Pro SSD-si saniyədə 7 GB fayl oxuya bilir.

        Yeni SSD-lər hal-hazırda SSD ekosistemindəki ən sürətli fayl ötürmə protokolu olan PCİe 4.0-ı dəstəkləyir. Hər üçün model NVMe tipli SSD olub 2280 form faktoruna malikdir. Həmçinin SSD-nın qızmaması üçün üzərində nikel təbəqə istifadə edilib. Həm ön, həm arxa tərəfində incə mis təbəqələrdən ibarət qoruyucular mövcuddur. Samsung şirkəti optimal temperatur dərəcəsini qorumaq üçün Dynamic Thermal Guard adlı texnologiyadan istifadə edib. Aşağıda paylaşdığımız şəkildən gördüyünüz kimi 1 TB-lik versiyası saniyədə 7 GB fayl oxuya bilir, saniyədə 5 GB isə fayl yaza bilir. Bu o deməkdir ki, bu SSD ilə saniyədə 5 -7 GB arasında fayl transferi etmək mümkündür. Bu SSD-nin satış qiyməti isə hələki bəlli deyil, lakin onu deyə bilərik ki, Pro markalı Samsung SSD-lərin qiyməti biraz "duzlu" olur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung 3 nanometrlik prosessorların istehsalına start verib

Samsung-un 3 nanometrlik prosessorları istehsal etməyə başladığı barəsində məlumat şirkətin rəsmi sa..


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...

×