main-post-cover

    Samsung Exynos 1480 prosessoru barəsində ətraflı məlumatları təqdim edib

    Elm & Texnologiya
    29.03.2024
    Emil Nəcəfov
         11 mart tarixində Samsung şirkəti Galaxy A55 5G smartfonunu təqdim etmişdi. Bu smartfon şirkətin Exynos 1480 adlı yeni prosessorunu əldə etdi. Lakin smartfonun təqdimatı zamanı Samsung sözügedən prosessor barəsində ətraflı məlumat verməmişdi. İndi isə şirkət prosessoru tam şəkildə təqdim edib. Beləliklə Samsung-un məlumatlarına əsasən Exynos 1480 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 8 nüvəlidir. Prosessorun tərkibində nüvələr “4+4” sxemi üzrə yerləşiblər. Yəni Exynos 1480 özündə 2.75 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsini və 2.0 Ghz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
         Prosessorun qrafik imkanlarından isə AMD RDNA 2 arxitekturası əsasında hazırlanmış Xclipse 530 qrafik çipi cavabdehdir. Prosessorda olan 5G modem məlumatların saniyədə 5.1 Gbit sürətlə yüklənmələrini təmin edir. Samsung bildirib ki, Exynos 1480 prosessoru Exynos 1380-dən 53% daha performanslıdır. Exynos 1480 prosessoru 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, LPDDR4x LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, 200 MP-ə kimi kameraları, Wi-Fi 6E-ni və Bluetooth 5.3-ü dəstəkləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Book 5 Pro noutbukunun bəzi texniki imkanları açıqlanıb
    samsung-galaxy-book-5-pro-noutbukunun-bezi-texniki-imkanlari-aciqlanib
    Exynos 2500 prosessoru CPU və GPU mövzusunda Snapdragon 8 Gen 3-dən daha güclü ola bilər
    exynos-2500-prosessoru-cpu-ve-gpu-movzusunda-snapdragon-8-gen-3-den-daha-guclu-ola-biler
    Samsung OneUI 6.1 istifadəçi interfeysini Galaxy Tab S9 planşetləri üçün istifadəyə verib
    samsung-oneui-61-istifadeci-interfeysini-galaxy-tab-s9-plansetleri-ucun-istifadeye-verib
    Samsung Galaxy Tab S6 Lite (2024) planşeti təqdim edilib
    samsung-galaxy-tab-s6-lite-2024-planseti-teqdim-edilib
    Samsung Galaxy M55 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-m55-5g-teqdim-olunub-qiymeti