
Samsung Exynos 2400 prosessoru barəsində ətraflı məlumatı təqdim edib
Elm & Texnologiya
18.01.2024
Emil
Artıq təqdim edilmiş Galaxy S24 seriyasına daxil olan adi Galaxy S24 ilə Galaxy S24+ modelləri satışa çıxacaqları regionlardan asılı olaraq ya Exynos 2400 prosessorunu ya da Snapdragon 8 Gen 3 for Galaxy prosessorunu əldə edəcəklər. Samsung təqdimat tədbiri çərçivəsində Exynos 2400 prosessoru barəsində ətraflı şəkildə məlumat verib. Beləliklə Samsung-un sözlərinə əsasən Exynos 2400 prosessoru 10 nüvədən təşkil edilib. Söhbət, 3.2 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4, 2.9 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A720, 2.6 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 və 2 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A520 nüvələrindən gedir.
Şirkət bildirib ki, Exynos 2400 prosessoru Samsung-un daha əvvəlki flaqman prosessorundan 1.7 dəfə daha performanslıdır. Prosessor 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və onun qrafik imkanlarından AMD RDNA 3 arxitekturalı Xclipse 940 GPU qrafik çipi cavabdehdir. Sözügedən qrafik çip öz növbəsində hardware səviyyəsində ray tracing texnologiyasını və təsvir keyfiyyətinin süni zəka vasitəsilə yaxşılaşdırılması imkanını dəstəkləyir. Üstəlik Exynos 2400 prosessoru LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini və 320 MP-ə kimi olan kameraları dəstəkləyir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
