
Samsung Exynos 2600 prosessorunun istehsalını ləğv etməyi planlaşdırır
Elm & Texnologiya
25.11.2024
Emil
Samsung şirkətinin Exynos 2500 prosessorunu hələ təqdim etməməsinə baxmayaraq ortaya çıxmış məlumata əsasən şirkət Exynos 2600 prosessorunun istehsalını ləğv etməyi planlaşdırır. Səbəb isə prosessorun hazırlanması prosesində yaşanan problemlərdir. Qeyd etmək lazımdır ki, Exynos 2600-ın Samsung Foundry adlı 2 nanometrlik texnoloji prosesi əsasında istehsal edilməli idi. Lakin məlumata əsasən prosessorun tələblərə cavab vermə səviyyəsi 10-20% təşkil edir. Bu isə onun istehsalının sərf etməməsi deməkdir.
Exynos 2600-ın performansı ilə bağlı olan problemlər Exynos 2500-ın performansı ilə əlaqəli olan problemləri xatırladır. Bununla əlaqədar olaraq Samsung öz flaqman prosessorlarının istehsalını Tayvanın TSMC şirkətinə həvalə edə bilər. Bu isə öz növbəsində prosessorlara olan xərcləri və müvafiq olaraq onlara sahib olacaq cihazların satış qiymətlərini yüksəldəcək. Bununla yanaşı Samsung artıq köhnəlmiş 4, 5 və 7 nanometrlik prosessorların istehsal xətlərini aradan qaldırır və prosessorların hazırlanması ilə məşğul olan komandasında ciddi dəyişikliklər edir. Bu səbəbdən də Exynos prosessorlarının gələcəkləri qeyri-müəyyən qalır.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
