Samsung əyilə bilən smartfonu gələn ay təqdim edə bilər (VİDEO)

Samsung əyilə bilən smartfonu gələn ay təqdim edə bilər (VİDEO)

Texnologiya
23.10.2018 PAYLAŞIM

    Samsung şirkəti prototipinin üzərində uzun illərdir ki, çalışan əyilə bilən smartfon modelinin təqdimatına yaxınlaşır. Şirkətin öz Twitter hesabında paylaşdığı yeni video gələn ay əyilə bilən smartfon modelinin və ya ən azından onun prototipinin təqdimatına işarə edir. Öz paylaşımında şirkət gələn ay tərtibatçılar üçün keçiriləcək tədbiri “indiki zaman ilə gələcəyin arasında olan döngə” kimi adlandırıb. Paylaşımda həmçinin ilk öncə 90 dərəcə, daha sonra 180 dərəcə əyilən iki nazik xətt də əks olunub. Hələ keçən ay Samsung şirkətinin general direktoru öz müsahibələrinin birində qeyd etmişdi ki, şirkətin ilk əyilə bilən smartfon modeli bu ilin sonuna kimi təqdim oluna bilər. Çox güman ki, şirkət sözügedən cihazı gələn ayın 7-dən start götürəcək Samsung Developer Conference tədbirində təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×