
Samsung Galaxy A21-in ilk render fotosu təqdim olundu
Elm & Texnologiya
03.03.2020
Emil
Galaxy A11 smartfon modelinin fotosu ortaya çıxandan sonra Androidheadlines saytının jurnalistləri Galaxy A21 smartfonunun ilk render fotsunu təqdim etdilər. Sözügedən smartfon keçən ilki Galaxy A20 modelinin davamçısı olacaq. Təqdim edilmiş fotodan da görmək olar ki, Galaxy A21 modeli Infinity-O ekrana sahib olacaq. Ön kamera isə ekranın yuxarı sol hissəsinə yerləşdiriləcək.

Bundan əlavə olaraq smartfon barmaq izi skanı texnologiyası, dördlü arxa kamera, USB-C girişi və 3.5 mm-lik audiogiriş ilə də təchiz olunacaq. Gözləntilərə əsasən Galaxy A21 HD+ keyfiyyətli AMOLED ekran, Exynos 7904 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Galaxy A21-in hansı qiymətə və nə zaman satılacağı barəsində məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
