Samsung Galaxy A50 haqqında yeni məlumatlar ortaya çıxdı

Samsung Galaxy A50 haqqında yeni məlumatlar ortaya çıxdı

Texnologiya
12.02.2019 PAYLAŞIM

    Biz artıq bir neçə müddət bundan öncə xəbər vermişdik ki, Samsung şirkəti Galaxy A50 smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfon FCC sertifikatlaşdırma təşkilatının məlumatlar bazasında aşkar edilib. Bu barədə MySmartPrice saytı xəbər verib. Beləliklə əldə olunmuş məlumatlara əsasən Galaxy A50 smartfonu 6.2 düym ekrana sahib olacaq.


Bənzər xəbər


    Bununla yanaşı smartfon iki SIM kart girişi, Wi-Fi 802.11 a/b/g/n/ac Bluetooth 5.0 dəstəyini əldə edəcək. Əvvəlki məlumat sızıntılarına inansaq, Galaxy A50 smartfonu Galaxy M10M20 modelləri kimi ekran üzərində V şəkilli çıxıntı hissə (Infinity V), Exynos 9610 prosessoru, 4 GB RAM, üçlü arxa kamera, 4000 mAh enerji tutumlu batareya həcmi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfonun təqdimatının yaz fəslinin əvvəlində baş tutacağı güman edilir. Lakin dəqiq bir tarix hələki yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×