main-post-cover

    Samsung Galaxy A51 və Galaxy A71 smartfonları təqdim olundular

    Elm & Texnologiya
    12.12.2019
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy A50-nin davamçıcı olan Galaxy A51-i və Galaxy A71 smartfon modellərini təqdim etdi. Galaxy A51 böyük ölçülü ekran, barmaq izi skanı tenxologiyası, Exynos prosessoru və diqqəti çəkən RAM göstəricisini əldə edib. Beləliklə Galaxy A51 modeli 2340x1080 piksel keyfiyyətli 6.5 düym Super AMOLED ekrana sahibdir. Ekranın yuxarı mərkəzi hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bu baxımdan o, Galaxy Note 10 seriyasını xatırladır.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 9611 prosessoru, 4/6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/2.0 diafraqmalı) + 12 MP (123 dərəcə bucaq təsvirli və f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı makroobyektiv) + 5 MP (f/2.4 diafraqmalı ToF modul) dördlü arxa kamera, 32 MP-lik (f/2.2 diafraqmall) ön kamera, 15 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən 4000 mAh enerji tutumlu batareya vasitəsilə Galaxy A51 modelindən 3 saat danışıq rejimində və 10 saat musiqi dinləmə rejimində istifadə etmək mümkündür. Bununla yanaşı smartfon 3.5 mm-lik audiogirişə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir. Galaxy A51 modeli One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 27 dekabr tarixində satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 346$-a satılacaq. Digər versiyaların qiymətləri və satış tarixləri barəsində məlumat isə daha sonra veriləcək.
        Galaxy A71 smartfon modelinə gəldikdə isə bu modelin  əsas özəllikləri sırasında böyük ölçülü Super AMOLED ekran, diqqəti çəkən texniki göstəricilər və təkmilləşdirilmiş kameralar var. Galaxy A71 modeli 2340x1080 piksel keyfiyyətli 6.7 düym Super AMOLED ekrana sahibdir. Galaxy A51-də olduğu kimi Galaxy A71 modelində də barmaq izi skanı tenxologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Əsas texniki gösgtəricilərə gəldikdə isə smartfon Snapdragon 730 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı) + 12 MP (123 dərəcə bucaq təsvirli və f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı makroobyektiv) + 5 MP (f/2.4 diafraqmalı ToF modul) dördlü arxa kamera, 32 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A71-in nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər