main-post-cover

    Samsung Galaxy A70 barəsində ilk məlumatlar ortaya çıxdı

    11.03.2019
    Farid Pardashunas
        İnternetdə Samsung şirkətinin Galaxy A seriyasının hələ təqdim olunmamış daha bir orta büdcəli smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Bu dəfə söhbət, Galaxy A70 smartfon modelindən gedir. Belə ki, 91mobiles saytı Galaxy A70 modelinin keys fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş keys fotolarından da görmək olar ki, smartfon genişformatlı Infinity-U ekran və üçlü arxa kamera ilə təchiz olunacaq.

        Keysdə barmaq izi skanı üçün nəzərdə tutulmuş xüsusi hissə yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya smartfonun ekranına inteqrasiya oluna bilər. Məlumata əsasən Galaxy A70 modeli həmçinin sürətli enerji yığma texnologiyalı 4400 mAh enerji tutumlu batareya, USB-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Smartfon bu ilin birinci yarısında təqdim olunmaldır. Qeyd etmək lazımdır ki, Samsung şirkəti həmçinin Galaxy A seriyasına daxil olacaq daha 4 smartfon modeli üzərində çalışır: Galaxy A20, A40, A60A90.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər