Samsung Galaxy A90 flaqman smartfon barsində yeni məlumat ortaya çıxdı

Samsung Galaxy A90 flaqman smartfon barsində yeni məlumat ortaya çıxdı

Texnologiya
10.07.2019 PAYLAŞIM

    Artıq məlumdur ki, Samsung şirkəti Galaxy A90 adlı flaqman smartfon modeli üzərində çalışır. İndi isə internetdə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə GalaxyClub saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, GalaxyClub saytının jurnalistləri Koreyanın sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Galaxy A90 modelinin əldə edəcəyi batareyanın fotosunu aşkar ediblər. Beləliklə smartfon 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, Galaxy S10 5GGalaxy A70 modelləri də bu cür batareya həcminə sahibdirlər. Son məlumat sızıntılarına əsasən Galaxy A90 iki versiyada təqdim olunacaq. Onlardan biri SM-A908, digəri isə SM-A905 model nömrəsinə sahibdir. Bu modellərdən hər ikisinin də 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub-olunmayacağı bilinmir.

    Məlumata əsasən SM-A908 modeli 6.7 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera və 5G modem ilə təchiz olunacaq. SM-A905 modeli də həmin texniki göstəricilərə sahib olacaq. Lakin onun kamera göstəriciləri fərqli olacaq. Belə ki, SM-A905 modelinin 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunacağı güman edilir. Galaxy A90-nın satışa çıxma tarixi barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, o bu ilin sonunda təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×