
Samsung Galaxy A90 Geekbench testindən keçərək özü barədə məlumatlar verdi
Elm & Texnologiya
11.07.2019
Emil
Məşhur bençmark saytı olan Geekbench-in məlumatlar bazasında SM-A908N model nömrəsinə sahib Galaxy A90 5G smartfon modeli aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Geekbench-də aşkar edilmiş məlumatlar bu smartfon barəsində əvvəlki məlumat sızıntılarını təsdiqləyib. Əvvəlcədən də güman edildiyi kimi smartfon Snapdragon 855 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Smartfonun test versiyası Android Pie əməliyyat sistemi vasitəsilə çalışır.

Galaxy A90 5G modeli Geekbench-in birnüvəli testində 3458 xal, çoxnüvəi testində isə 10852 xal toplayıb. Bu isə Snapdragon 855 prosessoru üçün standart göstəricilərdir. Geekbench-dən əlavə olaraq Galaxy A90-nın bəzi özəlliklərini həmçinin məşhur insayder Ice Universe də təsdiqləyib. Onun sözlərinə əsasən bu smartfon bazarda 5G-ni dəstəkləyən ən ucuz smartfonlardan biri olacaq. O, Full HD+ keyfiyyətli AMOLED ekran (ekran üzərində damcı formalı çıxıntı hissəli) və 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon ya sentyabrda ya da oktyabrda təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
