Samsung Galaxy Buds+ təqdim olundu - QİYMƏTİ

Samsung Galaxy Buds+ təqdim olundu - QİYMƏTİ

Texnologiya
12.02.2020 PAYLAŞIM

        Samsung tərəfindən keçən il istifadəçilərə təqdim edilən və AirPods rəqibi olaraq göstərilən Galaxy Buds qulaqlıqlarının yeni versiyası Galaxy Buds+, Unpacked tədbirində təqdim olundu. Əvvəlki versiyaya nəzərən texniki olaraq daha yaxşı olan Galaxy Buds+ qulaqlıqlarına gəlin daha ətraflı baxaq.

Galaxy Buds+ əvvəlki model olan Buds-dan texniki olaraq daha güclüdür.

        Ən əsas fərqlərdən biri istifadə müddətidir. İlk versiya olan Buds, istifadəçilərə 6 saat musiqi/video, 5 saat zəng müddəti verirdisə, Buds+ ilə 11 saat musiqi/video dinləmək və ya izləmək, 7.5 saat isə zəng görüşmələri etmək mümkündür. Fərqlərdən biri də qulaqlıqların ağırlığı köhnə versiyaya nəzərən 0.7 qram daha çoxdur. Həmçinin qulaqlıqların içində olan batareya tutumu 85 mAh-ə qədər artdırılıb. Qulaqlıqları yerləşdirdiyimiz qabın batareya tutuma da 252 mAh-dan 270 mAh-ə qədər artıb. 

Galaxy Buds+ qulaqlıqlarını 10 dəqiqə istifadə etmək üçün sadəcə 60 saniyə şarj etmək yetərlidir!

        İlk versiyada 10 dəqiqə istifadə etmək üçün 90 saniyə şərt olduğu halda Buds+da sadəcə 60 saniyə yetərlidir. Yəni 30 saniyə qədər azalma var. Bu da yeni Buds+ qulaqlıqlarda istifadə olunan sürətli şarj texnologiyasının inkişafı ilə əlaqəlidir. Qısaca köhnə modeldə 15 dəqiqə şarj ilə 100 dəqiqə medya üçün istifadə ömrü əldə etmək mümkün idisə, Buds+ qulaqlıqlarda 3 dəqiqədə 60 dəqiqəlik-lıq istifadə üçün yetəri qədər şarj etmək olur.

        Həmçinin Buds qulaqlıqları üçün iOS ekosisteminə özəl bir tətbiq yox idi. Lakin Buds+ ilə artıq iOS üçün xüsusi hazırlanan tətbiq də olacaq. Həmçinin rəng olaraq ilk versiyada qara,sarı, ağgümüş rəngləri olduğu halda, yeni versiyada qara, ağ,göy qırmızı rənglər olacaq. AirPods istifadə edən və ağ rəngdən bezən insanlar Buds+ qulaqlıqlarına yönələ bilər. 

        AKG Acoustics texnologiyası ilə gələn Buds+ çox incə tizz səsləri və dərin bass-ları istifadəçilərə çox dəqiqliklə ötürə biləcək. Samsung tərəfindən bildirilən məlumatlara əsasən kristal dəqiqliyində zəng görüşmələri üçün 3 mikrafonlu bir sistem istifadə edilib. 

Galaxy Buds+ 149 dollara 14 Fevraldan satışda olacaq. Açıqlanan bu tarix ABŞ üçün keçərlidir. Qlobalda satışa nə vaxt çıxacağı bəlli deyil. Həmçinin 5 Marta qədər Galaxy S20+ və ya S20 Ultra telefonlarını ön sifariş edən istifadəçilərə Buds+ hədiyyə veriləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi brendi öz ilk smart qolbağını təqdim etdi - QİYMƏTİ

Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini..


Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məl..


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..