main-post-cover

    Samsung Galaxy Fit 3 smart qolbağının qiyməti məlum olub

    Elm & Texnologiya
    15.11.2023
    Emil Nəcəfov
         Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Fit 3 adlı yeni smart qolbaq üzərində çalışır. İndi isə sözügedən smart qolbaq barəsində yeni məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti öz yeni smart qolbağını 2024-cü ilin birinci yarısında təqdim etməyi planlaşdırır. Lakin çətin ki, bu, Galaxy S24 smartfon seriyasının təqdimatı çərçivəsində baş tutsun.
         Çox güman ki, qolbaq şirkət tərəfindən paylaşılacaq press reliz formatında təqdim ediləcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy Fit 3-ün satış qiyməti 77$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Fit 2 zamanında 38$-a satışa çıxmışdı. Texniki göstəricilər baxımından smart qolbağın OLED ekran ilə təchiz olunacağı və 200 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung büdcəli qatlana bilən smartfon üzərində çalışmır
    samsung-budceli-qatlana-bilen-smartfon-uzerinde-calismir
    Samsung Galaxy A25 5G-nin təqdimatı artıq çox yaxındır
    samsung-galaxy-a25-5g-nin-teqdimati-artiq-cox-yaxindir
    Yüksək dözümlülüyə sahib Samsung Galaxy Xcover 7 smartfonunun render fotoları ortaya çıxıb
    yuksek-dozumluluye-sahib-samsung-galaxy-xcover-7-smartfonunun-render-fotolari-ortaya-cixib
    Samsung Galaxy S24+ smartfonunun yeni render fotosu və bəzi texniki özəllikləri təqdim edilib
    samsung-galaxy-s24-smartfonunun-yeni-render-fotosu-ve-bezi-texniki-ozellikleri-teqdim-edilib
    Samsung Galaxy A25 5G-nin texniki göstəriciləri və satış qiyməti təqdim edilib
    samsung-galaxy-a25-5g-nin-texniki-gostericileri-ve-satis-qiymeti-teqdim-edilib