
Samsung Galaxy Fit 3 smart qolbağının render fotoları ortaya çıxıb
Elm & Texnologiya
13.11.2023
Emil
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti növbəti nəsil Galaxy Fit smart qolbağı üzərində çalışır. Söhbət, Galaxy Fit 3-dən gedir. İndi isə insayderlər sözügedən smart qolbağın keyfiyyətli render fotolarını və onun barəsində bəzi məlumatları təqdim ediblər. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy Fit xarici görünüşcə smart saatı xatırladacaq.

Məlumata əsasən Galaxy Fit 3 AMOLED ekranla təchiz olunacaq, bir ədəd idarəetmə düyməsinə sahib olacaq və özündə ürək döyüntüləri ritminin ölçülməsi sensorunu birləşdirəcək. Bununla yanaşı smart qolbaq GPS-ə və daxili yaddaş həcminə sahib olacaq. Məlumatda qeyd edilib ki, smart qolbaq bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışa biləcək. Galaxy Fit 3-ün gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
