Samsung Galaxy M30 barəsində yeni məlumatlar ortaya çıxdı

Samsung Galaxy M30 barəsində yeni məlumatlar ortaya çıxdı

Texnologiya
07.01.2019 PAYLAŞIM

    Almaniyanın Allaboutsamsung adlı saytı Galaxy M30 adlı yeni smartfonun texniki göstəriciləri barəsində məlumatlar verib. Beləliklə saytın verdiyi məlumata əsasən Galaxy M30 modeli Full HD+ keyfiyyətli 6.38 düym genişformatlı Infinity-U ekran (ekran üzərində V şəkilli çıxıntı hissəli), 13 MP + 5MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, sözügedən smartfon həmçinin Exynos 7885 prosessoruna, 4 GB RAM-a və 64/128 GB daxili yaddaş həcminə sahib olacaq. Məlumatda qeyd olunmuşdu ki, Galaxy M30 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy M seriyası şirkətin yeni smartfon seriyasıdır və o, Galaxy J, Galaxy CGalaxy On seriyalarını əvəz etməlidir. Yeni seriyaya daxil olacaq Galaxy M10, Galaxy M20 və Galaxy M30 smartfon modellərinin təqdimatı bu aya gözlənilir.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×