Samsung Galaxy Note 10 iki versiyada təqdim olunacaq

Samsung Galaxy Note 10 iki versiyada təqdim olunacaq

Texnologiya
13.03.2019 PAYLAŞIM

    XDA-Developers saytının tərtibatçıları Galaxy S10 nüvəsinin açıq mənbəli kodunda Samsung şirkətinin yeni smartfonu barəsində məlumatlar aşkar ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə əldə olunmuş məlumata əsasən şirkətin yeni smartfonu Davinci kod adına sahibdir. Məşhur insayder Ice Universe isə məlumat vermişdi ki, Galaxy Note 10 flaqman smartfonu məhz Davinci kod adına sahibdir. Bundan əlavə olaraq tərtibatçılar Davinci5G adını da aşkar ediblər. Beləliklə çox güman ki, Galaxy Note 10 iki versiyada təqdim olunacaq və onlardan biri 5G şəbəkəsini dəstəkləyəcək.


Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, şirkət həmin şeyi Galaxy S10 seriyasının təqdimatı ilə də etmişdi. Belə ki, smartfonlardan biri də Galaxy S10 5G modeli idi. Adi Note 10 ilə Note 10 5G arasında texniki göstərici fərqlərinin olub-olmayacağı barəsində bir məlumat yoxdur. Son məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy Note 10 smartfonu 19.5:9 nisbətli 6.66 düym Infinity-O ekran, Snapdragon 855/Exynos 9810 prosessoru, dördlü arxa kamera və 4000-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq şirkətin son patent sorğusunda qeyd olunurdu ki, Galaxy Note 10 smartfonunun stilusu həmçinin kamera ilə də təchiz oluna bilər. Çox güman ki, Galaxy Note 10 smartfonu bu ilin avqust ayında təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..

×