main-post-cover

    Samsung Galaxy Note 10 Lite smartfon modelinin keyfiyyətli render fotoları təqdim olundu

    Elm & Texnologiya
    05.12.2019
    Emil Nəcəfov
        OnLeaks ləqəbli məşhur insayder Galaxy Note 10 smartrfon modelinin sadələşdirilmiş versiyasının keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə sadələşdirilmiş versiya Galaxy Note 10 Lite adı ilə satışa çıxacaq və bəzi regionlarda Galaxy A81 adı ilə satılacaq. Bu barədə 91mobiles saytı xəbər verib.
        Smartfon dizayn baxımından Galaxy S10 Lite modelinə bənzəyir. Həmin gövdə, yuxarı hissəsinin mərkəzində yerləşən kiçik dairəvi hissəyə sahib ekran və üçlü arxa kamera. Fərqləndirici özəlliklər sırasında S Pen stilusunu və 3.5 mm-lik audiogirişi misal gətirmək olar. Təəssüflər olsun ki, smartfonun texniki özəllikləri barəsində məlumat çox azdır.
        Məlum olan odur ki, smartfon SM-N770F kod adına sahibdir və keçən ilki Galaxy Note 9 Galaxy S9 kimi Exynos 9810 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq Galaxy Note 10 Lite 6 GB RAM-a və Android 10 əməliyyat sisteminə sahib olmalıdır. Smartfonun nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur. Ola bilər ki, o, 12 dekabr tarixində Galaxy A51Galaxy A71 smartfon modelləri ilə birlikdə təqdim olunsun
    Linki kopyala