main-post-cover

    Samsung Galaxy Note 20 barəsində yeni məlumat verildi

    Elm & Texnologiya
    23.03.2020
    Farid Pardashunas
        Baxmayaraq ki, Samsung Galaxy Note 20 flaqman smartfon seriyasının təqdimatına hələ çox var, onu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Beləliklə Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Galaxy Note 20 smartfon seriyası Galaxy S20-dən heç fərqlənməyəcək. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən məlumatı həmçinin XDA-Developers saytının baş redaktoru Max Weinbach da təsdiqləyib.
        O qeyd edib ki, bu smartfon seriyaları arasındakı fərq ondan ibarət olacaq ki, Galaxy Note 20 seriyası düz künclərə sahib dizaynı və S Pen stilusu özündə birləşdirəcək. Beləliklə güman etmək olar ki, Galaxy Note 20-nin texniki özəllikləri məhz belə olacaq: 6.4 düym AMOLED ekran (120 Hz tezlikli təsvir yenilənməsi), Snapdragon 865 / Exynos 990 prosessoru, 5G modem, 16 GB-a kimi RAM, əsas modulu 108 MP olmaqla bir neçə arxa kamera sensoru və 4000 mAh enerji tutumlu batareya. , .
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər