Samsung Galaxy Note 20+ smartfonu hansı kamera göstəricisinə sahib olacaq?

Samsung Galaxy Note 20+ smartfonu hansı kamera göstəricisinə sahib olacaq?

Texnologiya
19.05.2020 PAYLAŞIM

    İnternetdə Galaxy Note 20 smartfon seriyası barəsində məlumatlar çıxmağa davam edir. Galaxy Club saytının əməkdaşları öz mənbələrinə istinadən xəbər veriblər ki, sözügedən smartfon seriyasının Galaxy Note 20+ modeli Galaxy S20 Ultra kimi 108 MP-lik arxa kamera ilə təchiz olunacaq. Çox güman ki, bu, Samsung-un ISOCELL Bright HM1 kamera sensoru olacaq.

    Qeyd etmək lazımdır ki, sözügedən kamera sensoru saniyədə 24 kadr sürətlə 8K keyfiyyətli videolar və HDR fotolar çəkə bilir. Adi Galaxy Note 20 modeli dəqiq şəkildə bu cür kamera sensorunu əldə etməyəcək. Ənənə üzrə Galaxy Note 20 smartfon seriyası avqust ayında təqdim olunmalıdır. Bundan əlavə olaraq Samsung şirkəti avqust ayında Galaxy Note 20 seriyası ilə birlikdə qatlana bilən Galaxy Fold 2 smartfonunu da təqdim edə bilər..


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×